“Logistik xərclərin artması Azərbaycanda unun qiymətinə təsir edəcək”.
Bu fikri Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib. O bildirib ki, digər ölkələrdən idxal olunan taxılın qiymətində də artım ola bilər:
“Keçən il Qazaxıstan və Rusiyada məhsuldarlıq bol idi. Lakin hazırda Rusiyada son illərin ən aşağı məhsuldarlığı müşahidə olunur. Əgər Rusiyada bazara çıxarılan taxılın həcmi azalarsa, bu, dünya bazarında, o cümlədən Azərbaycanda qiymətlərə təsir göstərən amilə çevriləcək. Təəssüf ki, qiymət artımı ehtimalı yüksəkdir.
Əvvəllər Azərbaycanın buğda idxalında ilk yerdə Rusiya dayanırdı. Müharibədən əvvəl Ukraynadan da idxal həyata keçirilirdi. Hazırda isə obyektiv səbəblərə görə Ukraynadan idxal azalıb. Bu gün əsas tədarükçü ölkə Qazaxıstandır”.