EN

Ukrayna müharibəsində döyüşən daha bir azərbaycanlı itkin düşüb

Rusiya-Ukrayna müharibəsində daha bir Azərbaycan vətəndaşı itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov bildirib.

Onun sözlərinə görə, bu, Cəllabad rayonunun Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğludur.  

M.Abbasov 2025-ci ilin aprelin-3də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibəyə getmək üçün müqavilə bağlayıb.

Ailəsi sonuncu dəfə mayın 5-də onunla danışıb. Ondan sonra əlaqə kəsilib.

Məlumata görə, Mehdi Abbasov 15 nəfərlik qrup il döyüşə giriblər, həmən 15 nəfərin hamısı itkindir.


Telegram kanalımız
Chosen
36
yenisabah.az

1Sources