EN

Türkiyənin onlarla vilayətində qar və güclü külək səbəbindən sarı hava xəbərdarlığı verilib

Ankara, 27 fevral, AZƏRTAC

Türkiyənin onlarla vilayətində qar və güclü külək səbəbindən sarı hava xəbərdarlığı verilib.

AZƏRTAC xəbər verir ki, yüzlərlə şəhər və kəndə gediş-gəliş dayandırılıb. Qara dəniz bölgəsində və Anadolunun mərkəzi hissəsinin bir neçə bölgəsində uçqun ehtimalı var.

Bundan başqa, 23 vilayətdə məktəblər bir günlük bağlanıb. Bəzi ərazilərdə küləyin sürəti saatda 40-70 kilometrə çata bilər.

Türkiyə Meteorologiya Baş İdarəsi yol-nəqliyyat hadisələrinin yüksək riski səbəbindən vətəndaşları mümkün olduqca şəxsi avtomobildən istifadə etməkdən çəkinməyə çağırıb.

Meteoroloqların məlumatına görə, ölkədə əlverişsiz hava şəraiti üç gün davam edəcək.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
15
azertag.az

1Sources