Ukrayna klubları Aleksey Kaşuk üçün "Qarabağ"a rəsmi təklif göndərməyib.
Far.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
"Ukraynanın heç bir klubundan Kaşuk üçün rəsmi transfer təklifi almamışıq", - deyə klub rəsmisi bildirib.
Aleksey Kaşuk 2024-cü ildən "Qarabağ"ın formasını geyinir. O bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu bir qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin oyunların yalnız birində start heyətində yer alıb.