EN

Könül Eminovanın ölümü ilə bağlı cinayət işi açıldı

Ajans.az xəbər verir ki, Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  İlkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Chosen
8
2
Ajans.az

10Sources