EN

Bu marşrut xəttində avtobuslar DƏYİŞİR

569 nömrəli marşrut xəttində avtobuslar yenilənir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, martın 1-dən etibarən xətt üzrə 13 ədəd ortatutumlu “Karsan” markalı avtobus sərnişinlərin xidmətinə veriləcək. Marşrut üzrə hərəkət intervalları 7–8 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, avtobuslarda ödəniş sistemi nağdsız qaydada aparılacaq və gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
14
4
yenisabah.az

10Sources