Martın 1-dən etibarən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.
Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu "Karsan" markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.
Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.