Martın 1-dən etibarən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu "Karsan" markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.
Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.