Paytaxtdakı 179 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinfinin aşpaz köməkçisi qrupunun şagirdləri üçün master-klass təşkil olunub.
AzEdu.az xəbər verir ki, master-klassda paytaxtın tanınmış restoranlarında çalışan peşəkar aşpazlar şagirdlərlə öz təcrübələrini bölüşüblər.
Master-klass zamanı dərs proqramına uyğun olaraq ənənəvi italyan mətbəxinə aid “Spagetti” və salatların hazırlanması praktiki şəkildə nümayiş etdirilib. Şagirdlər yeməklərin hazırlanma prosesində yaxından iştirak etməklə bərabər, peşəkar aşpazların mətbəx sirləri ilə də tanış olublar.
Aşpazlar, həmçinin öz uğur hekayələrini şagirdlərlə bölüşərək onlarla gələcək karyeralarına dair motivasiyaedici söhbətlər aparıblar.
