EN

Kabildən Pakistana xəbərdarlıq: Ordumuz İslamabada hücum etmək potensialına malikdir

Bakı, 27 fevral, AZƏRTAC

Ölkənin milli təhlükəsizliyinə təhdid yaranarsa, Əfqanıstan ordusu Pakistan ərazisinin dərinliklərində, o cümlədən İslamabadda hərbi əməliyyatlara başlayacaq.

AZƏRTAC xəbər verir ki, Əfqanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Qari Fasihuddin Fitrət bu barədə özünün sosial media hesabında yazıb. “Əfqanıstanın təhlükəsizliyinə təhdid yaranarsa, bizim ordumuz onların inzibati mərkəzlərinə və paytaxt İslamabada hücum etmək üçün lazımi potensiala malikdir”, - deyə Qari Fasihuddin Fitrət bildirib. Onun sözlərinə görə, Əfqanıstan heç vaxt öz ərazisinə edilən təcavüzü cavabsız qoymayıb.

Chosen
36
2
azertag.az

3Sources