EN

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə turnirin bu raundunda üz-üzə gələcək komandalar müəyyənləşib. Püşkün nəticəsinə əsasən, azarkeşləri bir-birindən maraqlı və prinsipial qarşılaşmalar gözləyir.

Ən diqqətçəkən cütlüklərdən biri İspaniyanın "Real Madrid" klubu ilə İngiltərənin “Mançester Siti” komandası arasında olacaq. Digər maraqlı duel isə Fransanın PSJ kollektivi ilə İngiltərə təmsilçisi “Çelsi” arasında baş tutacaq.

1/8 finalın bütün cütlükləri belədir:

 

"Real Madrid" (İspaniya) - “Mançester Siti” (İngiltərə)

"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

"Qalatasaray" (Türkiyə) - “Liverpul” (İngiltərə)

“Atletiko Madrid” (İspaniya) - “Tottenhem” (İngiltərə)

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

"Bayer" (Almaniya) - "Arsenal" (İngiltərə)

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 10-11 mart, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində keçiriləcək.

Chosen
32
20
90deqiqe.az

10Sources