EN

Kəlbəcərdə su idarəsinin əməkdaşı iş başında öldü

Kəlbəcərdə meyit tapılıb.

Ölkə.az APA-ya istinadla bildirir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Kəlbəcərin Qılınclı kənd sakini 58 yaşlı M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun ürək tutmasından öldüyü bildirilir. Məlumata görə, M.Zeynalov Kəlbəcərdə su idarəsində işləyirmiş.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
12
olke.az

1Sources