Yürgen Klopp yayda Real Madrid-ə mümkün keçidi ilə bağlı şərtlərini müəyyənləşdirib.
Offsideplus.az-ın yaydığı məlumata görə, alman mütəxəssis Madrid təmsilçisindən rəsmi təklif alacağı təqdirdə bir sıra ciddi tələblər irəli sürəcək.
Klopp komandaya iki yeni mərkəz müdafiəçisi və iki yeni yarımmüdafiəçinin transfer olunmasını istəyir. O, həmçinin Endrikin komandaya qaytarılmasında da israrlıdır.
Qeyd edək ki, Madrid klubunun yayda iki futbolçu ilə yollarını ayıracağı gözlənilir. Söhbət Cud Bellinqem və Eduardo Kamavinqadan gedir.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən "Red Bull"da çalışan Yurgen Klopp 2015-2024-cü illərdə İngiltərənin "Liverpul" komandasına rəhbərlik edib.