EN

Bakıda bu xəstəxanada ƏMƏLİYYAT - 245 min vergi borcu - FOTO

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur. Eyni zamanda, həmin klinikanın əməkdaşlarının maaşları da uzun müddət gecikdirilir. Məsələnin ictimailəşməsindən sonra dövlət qurumları hərəkətə keçiblər.

7News.Az Unikal-a istinadən xəbər verir ki, artıq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Uniklinika"da yoxlamalara başlanılıb. Yoxlamalar nəticəsində bir sıra nöqsanların üzə çıxdığı bildirilir.

Hazırda "Uniklinika"da yoxlama prosesi davam etdirilir. 

Yaxın günlərdə yoxlamanın nəticələri ilə bağlı ətraflı məlumat verəcəyik.

7News.Az
Chosen
5
6
7news.az

7Sources