EN

Aydan Şener: Getdiyim yerlərdə gözəl olduğumu çox deyiblər

Türkiyə kino sənayesinin tanınmış simalarından olan, "Çalı kuşu"nun Feridesi - Aydan Şener gözəlliyi ilə bağlı səmimi açıqlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, aktrisa heç vaxt özünə baxıb "məndən yaxşısı yoxdur" demədiyini bildirib. Onun sözlərinə görə, özünü digərlərindən üstün görmək kimi düşüncəsi olmayıb:

"Özümdən razı şəkildə "necə də gözələm, məndən yaxşısı yoxdur" deməmişəm. Amma getdiyim yerlərdə gözəl olduğumu çox deyiblər. Ona görə də bəlkə həqiqətən "gözələmmi" sualını özümə vermiş ola bilərəm".

Şenerin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun həm gənclik illərində, həm də bu gün zərif və təbii gözəlliyini qoruduğunu vurğulayıb. Digərləri isə aktrisanın təvazökar mövqeyini yüksək qiymətləndirib.

Chosen
4
2
publika.az

10Sources