AZ

Çox gözəl olduğumu deyirlər VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türk kinosunun unudulmaz obrazlarından biri olan "Çalı kuşu"nun Feridesi - Aydan Şener gözəlliyi ilə bağlı səmimi açıqlaması ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, aktrisa bildirib ki, heç vaxt özünə baxıb "məndən yaxşısı yoxdur" deməyib. Onun sözlərinə görə, özünü digərlərindən üstün görmək kimi düşüncəsi olmayıb:

"Özümdən razı şəkildə 'necə də gözələm, məndən yaxşısı yoxdur' deməmişəm. Amma getdiyim yerlərdə gözəl olduğumu çox deyiblər. Ona görə də bəlkə həqiqətən gözələmmi sualını özümə vermiş ola bilərəm".

Şenerin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun həm gənclik illərində, həm də bu gün zərif və təbii gözəlliyini qoruduğunu vurğulayıb. Digərləri isə aktrisanın təvazökar mövqeyini yüksək qiymətləndirib.

Qeyd edək ki, "Çalı kuşu" serialında yaratdığı Feride obrazı Aydan Şenerə böyük şöhrət qazandırmış və onu türk televiziya tarixinin ən yaddaqalan aktrisalarından birinə çevirmişdi. İllər keçsə də, sənətçinin cazibəsi hələ də tamaşaçılar tərəfindən maraqla xatırlanır.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
news.milli.az

10Mənbələr