EN

“Atəşgah Həyat” yanvarda 6,3 milyon manat sığorta haqqı toplayıb

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar ayında 6 milyon 332 min manat həcmində sığorta haqqı toplayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 4 milyon 688 min manat olub ki, bu da illik müqayisədə 976 min manat və ya 26,3% artım deməkdir. 2025-ci ilin yanvar ayında şirkət tərəfindən 3 milyon 712 min manat ödəniş edilmişdi.
Şirkətin zərərlilik göstəricisi 2025-ci ilin yanvarındakı 46,6%-dən 2026-cı ilin yanvarında 74,0%-ə yüksəlib.

Chosen
15
fed.az

1Sources