EN

OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə

ChatGPT-ni inkişaf etdirəm OpenAI şirkəti son maliyyələşdirmə raundunda ümumilikdə 110 milyard dollar vəsait topladığını açıqlayıb.

Marja xəbər verir ki, bu məbləğ ötən il həyata keçirilən və özəl texnologiya şirkətləri üçün rekord sayılan 40 milyard dollarlıq maliyyələşdirmə raundunu üstələyib.

Açıqlamaya görə, Amazon.com şirkəti 50 milyard dollar, NVIDIA Corporation 30 milyard dollar, SoftBank Group isə 30 milyard dollar investisiya yatırıb. Bu maliyyələşdirmə raundu nəticəsində OpenAI-ın dəyəri 730 milyard dollara yüksəlib.

OpenAI maliyyələşdirmə prosesinin davam etməsi ilə digər investorların da növbəti mərhələyə qoşulmasının gözlənildiyini bildirib.

Şirkətin böyümə strategiyasında infrastruktur investisiyaları ön plana çıxır. Xüsusilə qrafik prosessorları (GPU) və məlumat mərkəzi infrastrukturu üçün yüksək məbləğdə maliyyə vəsaitinə ehtiyacı yaranır.

Şirkətin direktoru Sam Altmanın 1,4 trilyon dollarlıq infrastruktur investisiyası elan edib. 

Əlavə edək ki, OpenAI şirkətinin genişlənmə hədəflərinin və xərclərinin potensial gəlir proqnozları ilə müqayisədə çox yüksək olması ilə bağlı artan narahatlıqlar var.

İş elanları AzVak.az-da

Chosen
17
1
marja.az

2Sources