Bakı. Trend:
27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirininmüavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbuledib.
Trend bu barədəXarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıqmünasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasidialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksəksəviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Buçərçivədə, ötən il Prezident İlham Əliyevin Türkmənistana,Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu BerdiməhəmmədovunAzərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqlaxatırlanıb.
Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olanstrateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq,ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədənXəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrindəəməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib vəperspektivləri müzakirə edilib.
Bu çərçivədə, Azərbaycan və Türkmənistan arasında iqtisadi vəhumanitar sahələrdə əməkdaşlıq üzrə Birgə HökumətlərarasıKomissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə AzərbaycanınTürkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeydolunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaqdəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktualməsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalarçərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətivurğulanıb.
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq vəqardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistanarasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişafedəcəyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəflivə çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Türkmənistan Xarici İşlərNazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrkeçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlərnazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xariciişlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.