EN

NASA "Artemis 3" missiyası çərçivəsində Ayın səthinə enişi ləğv etdi

NASA "Artemis 3" missiyası çərçivəsində Ayın səthinə enişi ləğv etdi

2027-ci ilə planlaşdırılan "Artemis 3" missiyası çərçivəsində astronavtların Ayın səthinə enişi artıq nəzərdə tutulmur.

AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA rəhbəri Cared Ayzekman Ay proqramının yenilənməsinə həsr olunmuş mətbuat brifinqində bildirib ki, sözügedən missiyanın hədəfləri dəyişdirilib.

Ayzekmanın sözlərinə görə, 2027-ci ildə start götürəcək "Artemis 3" missiyası Ayın səthinə eniş etmək əvəzinə, "Orion" gəmisinin yerətrafı orbitdə nümayişinə xidmət edəcək. Bu mərhələdə gəminin Ayın səthinə eniş modullarını təmin edən bir və ya hər iki tərəfdaş şirkətin aparatları ilə görüşməsi və manevrlərin sınaqdan keçirilməsi planlaşdırılır.

Əgər bu sınaqlar uğurla başa çatarsa, Ayın səthinə eniş 2028-ci ilin əvvəlində "Artemis 4" və ya həmin ilin sonunda "Artemis 5" missiyaları çərçivəsində reallaşa bilər.

Xatırladaq ki, NASA-nın 2019-cu ildə elan etdiyi "Artemis" proqramı üç əsas mərhələdən ibarət idi. Birinci mərhələdə (Artemis I) "Orion" gəmisi pilotsuz şəkildə Ayın ətrafında uçaraq 2022-ci ildə Yerə qayıdıb. İkinci mərhələ (Artemis II) gəminin heyətlə birlikdə Ay ətrafında dövr etməsini, üçüncü mərhələ (Artemis III) isə astronavtların birbaşa Ayın səthinə enməsini nəzərdə tuturdu.

Chosen
33
afn.az

1Sources