EN

“Şad olduq ki, futbolçuların gözlərində alov var idi” Andrey Demçenko

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 22-ci turunda “Araz-Naxçıvan” evdə “Zirə”yə 0:1 hesabıyla uduzdu. Naxçıvanlıların baş məşqçisi Andrey Demçenko oyundan sonra media önünə çıxdı.- Bu gün başqa komanda gördük, irəli getmişik. Oyunumuz alınmadı, amma pis oynamadıq. İmkanlarımız oldu. Başverənlər səhvlərimizin nəticəsi idi. Şad olduq ki, futbolçuların gözlərində alov var idi. - Nuno Rodrigesi öz cinahında oynatmamaqla “əl-qolunu bağlamırsız”?- Mənim üçün əsas olan məşqdi. Mənə vacib olan məşqdi. Mənim verdiyim materialları daha tez qəbul edənlər start heyətində da başlayırlar. Nunoya şans verdik, ondan razı qaldıq. MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
icma.az

2Sources