EN

"Futbolda vurmayana vurarlar" - Andrey Demçenko

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, günün son matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. “Liv Bona Dea Arena”da təşkil edilən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.

Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Andrey Demçenkonun  fikirlərini jurnalistlərlə bölüşüb:

"Pis oynamadıq. Qol vurmaq, qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq futbolda vurmayana vurarlar deyimi var. Təbii ki, səhvimizdən qol buraxdıq. Ancaq meydanda daha yaxşı, istəkli komandamız var idi".

Chosen
10
fanat.az

1Sources