Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, günün son matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. “Liv Bona Dea Arena”da təşkil edilən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.
Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Andrey Demçenkonun fikirlərini jurnalistlərlə bölüşüb:
"Pis oynamadıq. Qol vurmaq, qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq futbolda vurmayana vurarlar deyimi var. Təbii ki, səhvimizdən qol buraxdıq. Ancaq meydanda daha yaxşı, istəkli komandamız var idi".