EN

Braziliyada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton, 27 fevral, AZƏRTAC

Braziliyanın Rio De Janeyro şəhərində Azərbaycanın adını daşıyan orta məktəbin şagirdləri arasında şahmat turniri keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının dəstəyi əsasında təşkil edilən yarış tanınmış şahmatçı, mərhum qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunub.

Turnirin startından öncə məktəblilərə və qonaqlara Azərbaycan şahmat məktəbinin unudulmaz təmsilçilərindən olan Vüqar Həşimov barədə məlumat verilib, onun əvəzolunmaz istedadından söhbət açılıb, əziz xatirəsi yad olunub.

Mübarizə 16 məktəbli arasında baş tutub. Gərgin oyunlardan sonra Joao Henrike 1-ci, Lusiano Veyra 2-ci, Maykon Aqusto 3-cü yeri tutub.

Qaliblərə həvəsləndirici mükafatlar təqdim olunub. Təltifat mərasimində iştirak edən Rio De Janeyro Ştatının Təhsil Nazirliyinin nümayəndəsi Dieqo Nunyes, eləcə də məktəbin direktoru Vanderson Bezerra və şahmat yığmasının məşqçiləri Epik Polli Da Kosta və Mariana Ribeyro Qranja belə bir təşəbbüsə görə Azərbaycana təşəkkür edib, bu qəbildən idman yarışlarının iki ölkə arasında dostluq münasibətlərinə önəmli töhfə verməklə yanaşı, gənc nəslin sağlam ruh və tərbiyədə böyüməsində vacib rol oynadığını vurğulayıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
azertag.az

1Sources