EN

Qəbələnin təhsil ocaqlarında monitorinqlər keçirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qəbələ, 27 fevral, Rasim İslamoğlu, AZƏRTAC

‎Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının Qəbələ rayonunda xüsusi təhsilin mövcud vəziyyəti ilə bağlı keçirdiyi monitorinqlərin ilkin nəticələri bəlli olub.

AZƏRTAC-ın bölgə müxbiri Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən bildirir ki, Qəbələ rayonunda xüsusi təhsilin mövcud vəziyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələri müzakirə olunub.

‎Müzakirə zamanı xüsusi təhsilin təşkili, diaqnostika prosesinin keyfiyyəti, sənədləşmə işinin mövcud vəziyyəti və komissiya qərarlarının icra mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də monitorinq nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, təkmilləşdirilməli istiqamətlər müəyyənləşdirilib və qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
azertag.az

1Sources