
Şamaxı rayonunda növbəti dəfə zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Gün ərzində üçüncü yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən 3,3 maqnitudalı zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, fevralın 27-də günorta saatlarında Şamaxıda 4,7 və 3,3 maqnitudalı daha iki yeraltı təkan qeydə alınmışdı. Onlardan birincisi episentrdə 5 bala yaxın intensivliklə hiss edilmişdi.