EN

Qədim inanca görə, evlənmək istəyən qızlar bu oyuqdan keçə bilərdilərsə, ailə qura bilərmiş... Video

ain.az bildirir, Bizimyol portalına istinadən.

İnsanlar tarix boyu müxtəlif inanclarla yaşayıb, rituallar edib və nəticəsini görəcəklərinə inanıblar. Bəlkə də elə bu səbəbdəndir ki, bu gün çox sayda pirlər, ocaqlar, müqəddəs yerlər var. İnsanın hər zaman fiziki material olaraq toxunub, inandığı bir nəsnəyə ehtiyacı olub. Allah tərəfindən yaradıldığını qəbul edən insan çox maraqlıdır ki, istəklərini Allahdan deyil, daşdan-qayadan, pirdən və s. digər vasitələrdən istəyiblər. "Tanrı"ya toxunmaq istəyiblər.

Yadıma gəlir ki, əvvəllər “pirin divarına qənd yapışdırmaq” kimi bir inanc vardı. İnanca görə, arzu tutub qənd yapışdıranların arzuları həyata keçərdi. O zamanlar daha gənc idik, bu inanca bizi də inandırmışdılar.

Və yaxud getdiyimiz pirlərdən parça götürüb qolumuza bağlayar və arzumuzun həyata keçməsinə inanaraq yaşayardıq. Böyüdük və başa düşdük ki, arzularımıza ancaq öz əzmimizlə çata bilərik...

Bu günlərdə yolum Qobustan Milli Tarix-Bədii Qoruğuna düşmüşdü. Orada maraqlı bir daş oyuğu diqqətimi çəkdi. Qədim dövrlərdə ailə həyatı qurmaq istəyində olan qızlar həmin oyuqdan keçə bilərdilərsə, ailə qura bilərlərmiş...

Qəribə inanclar çox olub. Amma insan yaşa dolduqca başa düşür ki, həyatda tələsməyə ehtiyac yoxdur. Hər kəsin bir taleyi var. Yaşadığımız hər bir hissin, duyğunun, ailənin, münasibətin bir zamanı var... Və o zaman yetişdiyində insanın qarşısına arzuladığı insan çıxır. Bəlkə gec olur, amma mütləq olur.

Daşa-qayaya, pirə, ocağa bel bağlayıb arzu tutmaqdansa, Allaha inanıb həyatı axarına buraxmaq daha yaxşıdır. Çünki sənin olan gec-tez gəlib səni tapır...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
icma.az

1Sources