ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir müddət MLS-də oynadıqdan sonra Avropaya dönən fransalı ulduz futbolçu Olivye Jiru tarixə düşüb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı forvard bunu "Lill"in heyətində Avropa Liqasında "Srvena Zvezda"ya 2:0 qalib gəldikləri görüşdə reallaşdırıb.
O, Belqradda fərqlənməklə klub karyerasında 300-cü qolunu vurub. Bu qol Jiruya Edin Cekonu keçməyə və Avropa Liqasının pley-off mərhələsində ən yaşlı qol vuran futbolçu olmağa imkan verib.
Jiru həmçinin 35 yaşından sonra Avropa yarışlarında 10-dan çox qol vuran oyunçulardan biri olub. Onun hazırda 11 belə qolu var.
Aritz Aduris - 19 qol
Ferens Puşkaş - 18
Robert Levandovski, Edin Ceko - 16
Kriştianu Ronaldu - 14
Alfredo Di Stefano - 13
Olivye Jiru - 11
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.