EN

Klinton ilk dəfə Epşteyndən danışdı: Təyyarəsinə minməzdim, əksinə...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın sabiq prezidenti Bill Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsində keçirilən dinləmələr zamanı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələri barədə iddiaları qəti şəkildə təkzib edib.

Globalinfo.az-ın xəbərinə görə, Klinton çıxışında bildirib ki, onun Epşteynlə təmasları həmin şəxsin cinayət fəaliyyəti barədə məlumatlar ictimaiyyətə açıqlanmadan xeyli əvvəl başa çatıb.

Sabiq prezident vurğulayıb ki, o, heç vaxt qanunsuz və ya şübhəli hərəkətlərdə iştirak etməyib.

“Şəxsi həyatımda belə hallara qarşı həmişə həssas olmuşam. Əgər onun fəaliyyəti barədə ən kiçik şübhəm olsaydı, nəinki təyyarəsinə minməzdim, əksinə, özüm hüquq-mühafizə orqanlarına müraciət edərdim”, — deyə Klinton vurğulayıb.

Dinləmələr zamanı həyat yoldaşı Hillari Klintonun komitəyə çağırılmasını da ədalətsiz addım adlandırıb və bildirib ki, o, Epşteynə məxsus obyektlərdə heç vaxt olmayıb.

Sabiq dövlət başçısı əlavə edib ki, hadisələrin üzərindən uzun illər keçdiyi üçün bəzi detalları xatırlamaya bilər. Bununla belə, and altında yalnız təsdiqlənə bilən və məntiqə əsaslanan məlumatları təqdim edəcəyini vurğulayıb.

Qeyd edək ki, dinləmələr ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən aparılır və Epşteyn işi ilə bağlı müxtəlif yüksək vəzifəli şəxslərin mümkün əlaqələri araşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
globalinfo.az

1Sources