EN

İlon Mask Kiyevdə "Starlink"in fəaliyyətiniMƏHDUDLAŞDIRDI

ABŞ-li milyarder, SpaceX şirkətinin təsisçisi İlon Mask Kiyevin müraciətindən sonra Ukraynada "Starlink" sisteminin fəaliyyətini məhdudlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.

Məqalə müəllifi, jurnalist Semyon Şuster xatırladır ki, söhbət yanvarın sonunda baş vermiş hadisədən gedir. Həmin vaxt Rusiya istehsalı olan BM-35 pilotsuz uçuş aparatı Maskın peyk rabitə sistemindən istifadə edərək Kiyevin hökumət məhəlləsinə qədər irəliləyə bilib və demək olar ki, Prezident Volodimir Zelenski-nin ofisinə yaxınlaşıb. Nəticədə dron qonşu binaya çırpılıb, xəsarət alan olmayıb.

Nəşrin mənbələrinin iddiasına görə, məhz bundan sonra Ukrayna hakimiyyəti Rusiyanın Starlink-dən istifadəsinin qarşısını almaq üçün Maskla əlaqə saxlayıb. Aparılan danışıqlardan sonra mərhələli plan hazırlanıb.

Planın ilk mərhələsində Starlink-in fəaliyyəti münaqişənin hər iki tərəfi üçün məhdudlaşdırılıb.

İkinci mərhələdə isə Ukrayna istifadəçiləri üçün “ağ siyahı” yaradılıb və seçilmiş abonentlərin sistemə çıxışı bərpa edilib.

Jurnalist qeyd edir ki, hətta SpaceX əməkdaşları belə Maskın motivlərini tam anlamayıblar. Belə ki, o, 2022-ci ildə Ukrayna dronlarının Rusiya donanmasına hücumunun qarşısını almaq məqsədilə Krım yarımadası yaxınlığında Starlink-in söndürülməsi göstərişini vermişdi.

Xədicə BAXIŞLI

Chosen
128
10
redaktor.az

10Sources