EN

İranda deputatın avtomobili atəşə tutuldu: Saxlanılanlar var

İranda millət vəkili Abbas Beyqdelinin avtomobilinə atəş açılıb. Hadisə İranın şimalındakı Qəzvin əyalətində baş verib.

Ölkə.az xəbər verir ki, bu barədə Qəzvin əyalətinin prokuroru Əli Əsgər Əsgəri məlumat verib.

Onun sözlərinə görə, deputatın avtomobilinə ov tüfəngi ilə atəş açılıb. Hadisə ilə bağlı iki nəfər şübhəli qismində saxlanılıb.

Araşdırma nəticəsində hadisənin terror xarakteri daşımadığı müəyyən edilib. İstintaq davam edir.(oxu.az)

Chosen
23
5
olke.az

6Sources