EN

İran Pakistan və Əfqanıstanı dərhal dialoqa çağırıb

İranın Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstan arasında toqquşmaların kəskinləşməsindən və bunun doğurduğu təhlükəsizlik və humanitar fəsadlardan dərin narahatlığını ifadə edib.

APA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat yer alıb.

Nazirlik döyüşlərin dayandırılması və gərginliyin azaldılması məqsədilə iki ölkə arasında dərhal dialoq və təmasların başlanmasına çağırıb.

Bəyanatda qeyd olunub ki, Pakistan və Əfqanıstan arasındakı qarşıdurma hər iki dövlət üçün insan tələfatı və maddi zərərlə yanaşı, regionda təhlükəsizlik vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

Eyni zamanda vurğulanıb ki, İran gərginliyin azaldılması, hərbi qarşıdurmanın tam dayandırılması və qarşılıqlı anlaşmanın əldə edilməsi üçün iki ölkə arasında dialoqun asanlaşdırılmasına hər cür yardım göstərməyə hazırdır.

Chosen
19
apa.az

1Sources