EN

Zelenski: Sülh üçün Putinlə görüşə hazıram

BAKI, 28 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları üçün Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri qeyd edib ki, ABŞ müharibəni dayandırmaq gücünə malikdir, lakin Moskva üzərində təzyiqləri artırmalıdır. Onun sözlərinə görə, Vaşinqton Rusiya rəhbərliyinin ailə üzvlərinə qarşı sanksiyaları sərtləşdirməli və Ukraynaya daha müasir silahlar təqdim etməlidir. Prezident hesab edir ki, yalnız artan təzyiq Moskvanı danışıqlara ciddi yanaşmağa məcbur edə bilər.

O, sülhə nə qədər yaxın olduqları sualına cavab olaraq ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərə qədər imkan pəncərəsinin mövcud olduğunu bildirib. Zelenski müharibənin payıza qədər başa çatdırılmasının mümkün ola biləcəyini qeyd edib.

Bununla yanaşı, Ukrayna lideri Slavyansk və Kramatorsk kimi şəhərlərin təslim edilməsinin qırmızı xətt olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin ərazilər Ukraynanın torpağıdır və orada yaşayan yüz minlərlə insanın işğal altına düşməsi qəbuledilməzdir.

Chosen
62
teleqraf.com

1Sources