EN

General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü Video

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən müharibəsi zamanı, 2020-ci il noyabrın 5-i ordumuzun birinci kəşfiyyat qrupu Şuşaya daxil oldu. Şuşaya daxil olan mayor rütbəli zabit mənim əsgərim olub. O, həmin gün mənə zəng edib dedi: “Komandir, çiyinlərinizdən ağır yükü götürdük”.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov deyib.

“Cıdır düzü istiqamətində Yuri Qaqarin adına düşərgə var idi. Döyüşlərdə olduğum zaman qərargahım orada yerləşirdi. Elə bayrağı da oraya sancmışdılar. 8 noyabrda isə qüvvələrimiz Şuşaya daxil oldu.

Həmin gün qardaşlarım gəlib məni təbrik edib, nə qədər dözümlü olduğumu, ölkədən getmək əvəzinə qələbəni necə gözlədiyimi dedilər. Mən həmin Elbrus Orucovam”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
axar.az

2Sources