EN

Dünyada nadir rast gəlinən hadisə: Çində qadın beşəm dünyaya gətirdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Çinin Sintzsyan-Uyğur Muxtar Rayonunda 24 yaşlı qadın beşəm - bir oğlan və dörd qız dünyaya gətirib.

Oxu.Az xəbər verir ki , bu barədə "Global Times" qəzeti özünün "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, doğuş zamanı 20 tibb işçisi qadına kömək edib və hər şey problemsiz keçib.

Mütəxəssislərin fikirincə, beşəmlərin təbii yolla doğulması dünyada çox nadir hallarda, təxminən hər 60 milyon doğuşdan birində baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
oxu.az

1Sources