Bakı. Trend:
2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahətgünləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdətutulur.
Trend-inxəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar Günübazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-işgünü hesab olunacaq.
Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədarmartda uzunmüddətli istirahət günləri olacaq.
Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə vəbazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədarəlavə istirahət günləri müəyyən edilib.
Belə ki, 20, 21,22, 23 və 24mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur.21 və 22 mart tarixləri müvafiqolaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25və 26 mart tarixləri də qeyri-iş günü hesabolunacaq.
Ramazan bayramının 20 və 21mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində27 və 30 mart tarixləri dəqeyri-iş günü sayılacaq.
28 və 29 mart tarixləri dəmüvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.
Nəticədə 25, 26,27 və 30 mart tarixləri dəqeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 30martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl11 gün qeyri-iş günü olacaq.
Bununla yanaşı, Əmək Məcəlləsinə əsasən, əsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəlgələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılıolmayaraq bir saat qısaldılır. Bu səbəbdən 19martda iş günü 1 saat qısaldılacaq.
Ümumilikdə isə şənbə və bazar günləri də (1,7, 14, 15 mart)nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-işgünü qeydə alınacaq.