EN

Daha bir azərbaycanlı BP-yə vitse-prezident təyin olundu

Bu il aprelin 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində Nadir İmanov çalışacaq. Bu barədə BP şirkətindən məlumat verilib.

Nadir İmanov hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir. Yeni vəzifəsində isə BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

Nadir İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə aprelin 1-dən Birləşmiş Krallığa qayıdacaq.

Bu vəzifədə N.İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq. Onun 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əsasən də BP əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

"Azərbaycan"

Chosen
30
25
azerbaijan-news.az

10Sources