AZ

Nadir İmanov yüksək vəzifəyə TƏYİN OLUNDU

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 1-dən etibarən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezident vəzifəsinə yeni təyinat olub. Bizim.Media xəbər verir ki, bu barədə bp məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nadir İmanov təyin olunub. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.Yeni vəzifəsində Nadir İmanov bp-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

 

O bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.

Qeyd edilib ki, N.İmanov bp-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
24
bizim.media

10Mənbələr