ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Bu gün Misli Premyer Liqasının 22-ci turu çərçivəsində daha iki görüş keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.
Günün ilk oyununda "Şamaxı" "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir. Hazırda aktivində 30 xal olan və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "ağ-qaralar" səfərdən 3 xalla dönəcəyi halda 5-ci yerə yüksələrək avrokubok zonasına bir qədər də yaxınlaşacaq. "Şirlər" isə qələbə qazanacağı təqdirdə mövqeyini dəyişməsə də, təhlükəli zonadan bir qədər də aralanacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XXII tur
14:30. "Şamaxı" - "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab MəmmədovVAR: Cavid CəlilovAVAR: Pərvin TalıbovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Elgiz AbbasovŞamaxı. Şəhər stadionu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.