EN

İki klub “Mançester Yunayted”nin yarımmüdafiəçisini transfer etməyə hazırdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt mövsümün sonunda komandadan ayrıla bilər.

İdman.Biz-in “Football Insider”ə istinadən verdiyi məlumata görə, 27 yaşlı ingilis futbolçu ilə “Aston Villa” və “Fulhem” maraqlanır. O, müntəzəm olaraq zədələrlə mübarizə aparır və bu da komandadakı mövqeyini qeyri-sabit edir.

Həmçinin qeyd olunur ki, “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanarsa, bu yay yarımmüdafiəçi ilə ayrılmaq ehtimalı azdır. Transfermarkt-ın məlumatına görə, Mauntun bazar dəyəri 32 milyon avrodur. “Qırmızı şeytanlar” onun 2023-cü ildə “"Çelsi”dən transferi üçün təxminən 68 milyon avro ödəyib.

İdman.Biz
Chosen
33
1
idman.biz

2Sources