EN

“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Şamaxı” “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Günün digər oyunu “Qəbələ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək. Matçı Kamal Umudlu idarə edəcək.

Daha öncə “Kəpəz” “Sumqayıt”a qalib gəlib (3:0), “Araz-Naxçıvan” “Zirə”yə məğlub olub – 0:1. “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək

Chosen
7
9
publika.az

10Sources