AZ

“Qarabağ” “Sabah”a, “Turan Tovuz” “İmişli”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Turan Tovuz” Bakıda “İmişli” ilə qarşılaşacaq. Oyunun baş hakimi Fərid Hacıyev olacaq.

Turun son oyunu isə “Qarabağ”la “Sabah” arasında keçiriləcək. Bu matçı Tural Qurbanov idarə edəcək.

Daha öncə “Kəpəz” “Sumqayıt”a 3:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” “Zirə”yə uduzub – 0:1. “Şamaxı” – “Neftçi” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.

Seçilən
1
30
publika.az

10Mənbələr