EN

Afət Fərmanqızı efir qadağasından DANIŞDI: "5 min dollar ..."

Xəbər verdiyimiz kimi, bəzi müğənnilərin televiziya efirlərinə çıxışına qadağa qoyulub. Qadağa tətbiq olunan sənətçilər arasında müğənni Afət Fərmanqızının da adı yer alıb.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, ifaçı adının siyahıya salınmasına ironik reaksiya verib.

O, bildirib ki, siyahıda bəzi tanınmış adları görməməsi onda sual doğurub:

“İlk növbədə onu deyim ki, siyahıda bir çoxlarının adını görmədim. Ehtimal edirəm ki, ya yeni siyahı hazırlanacaq, ya da bəzi adlar hansısa səbəbdən, bəlkə də nəyinsə müqabilində ora salınmayıb. Amma bilin ki, son günlər qalmaqallarda adı hallanan, nikahdan kənar uşaq dünyaya gətirmələri ilə gündəmə gələn müğənnilər qadağadadır. Buna yüz faiz əmin olun”.

Sənətçi öz adının siyahıya salınmasını isə gülüşlə qarşıladığını deyib:

“Bir il əvvəl bildirmişdim ki, efirlərə çıxmağıma özüm-özümə qadağa qoyuram. Hətta adımın belə bu tip verilişlərdə çəkilməsini istəmirəm. Mən televiziya vasitəsilə tanınmamışam. Bəzən verilişlərə çıxırdım, o da dostlarımın xahişini yerə sala bilmədiyim üçün. Sonradan qərar verdim ki, dostların verilişinə yalnız yol xərclərim ödəniləcəyi halda gedərəm, dost olmayanların verilişinə isə 5 min dollar qonorar müqabilində iştirak edərəm.
Xarici ölkələrdə müğənni efirə çıxırsa, ona mütləq ödəniş edilir. Mən də qonorar tələb edəndə aqressiya ilə qarşılaşdım. Dedilər ki, səni biz tanıtmışıq. Cavab verdim ki, siz məni tanıtmamısınız, pul alıb efirə çıxartmısınız. Məni xalqa tanıdan "YouTube" olub”.

Afət Fərmanqızı daha bir tələb də irəli sürüb:

“Efirlərin "YouTube" kanallarında mənimlə bağlı yayımlanan verilişlərin silinməsini istəyirəm. Əks halda, rəsmi şəkildə şikayət edəcəyəm".

Chosen
21
ucnoqta.az

1Sources