EN

Oruc tutan şəxs mübahisə etməkdən çəkinməlidir Deputat

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Oruc tutan şəxs insanlarla mübahisə etməkdən və dalaşmaqdan çəkinməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

"Bu anlamda özündə Ramazanla bağlı bir çox mühüm məsələləri ehtiva edən Məhəmməd Peyğəmbərin (s) bu hədisini diqqətlə oxumağı və əməl etməyi hər kəsə tövsiyə edirəm. Oruc bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, iki dəfə: "Mən oruc tutmuşam" - desin.

Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) "O mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir. Odur ki, çalışaq hər zaman insanlarla mübahisə etməkdən və dalaşmaqdan uzaq olaq", - deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
2
unikal.az

3Sources