EN

Ciddi zədə alan Bəhlul Mustafazadənin son durumu – FOTO 

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin ciddi zədə aldığından xəbərdarsınız.

İdmanxeber.az xəbər verir ki, futbolçunun sosial şəbəkələrdə yeni fotosu yayılıb. Paylaşılan görüntüdə Mustafazadənin ayaq üstə, qoltuqağacı ilə hərəkət etdiyi görünür.

Şəkildən də məlum olur ki, müdafiəçinin müalicə və bərpa prosesi davam edir.

UEFA Çempionlar Liqası pley-off mərhələsində  “Nyukasl”a qarşı ilk oyunda zədələnən futbolçunun 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Chosen
31
idmanxeber.az

1Sources