EN

Əfqanıstanda ölən hərbçilərin sayı 300-ü ötdü - YENİLƏNİB

Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında “Qəzb-ül-Haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində “Taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.

Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.

Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.

***

Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb. 

O, həmçinin vurğulayıb ki, Əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.

"Cebheinfo.az"

Chosen
3
2
cebheinfo.az

3Sources