Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında “Qəzb-ül-Haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində “Taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.
Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.
Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.
***
Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb.
O, həmçinin vurğulayıb ki, Əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.
"Cebheinfo.az"