EN

Abşeronda avtoxuliqanlıq edən sürücü həbs olundu

BAKI, 28 fevral. TELEQRAF

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “BMW” markalı, 10-SE-696 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü U.İsmayıllı saxlanılıb.

Teleqraf-ın məlumatına görə, o, Abşeron rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə U.İsmayıllı 15 sutka inzibati qaydada həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Chosen
20
3
teleqraf.com

7Sources