AZ

BMW sürücüsü avtoxuliqanlığa görə həbs edildi

Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən BMW markalı, 10-SE-696 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü U.İsmayıllı saxlanılıb.

O, Abşeron rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə U.İsmayıllı 15 sutka inzibati qaydada həbs olunub və sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.

Seçilən
2
3
moderator.az

7Mənbələr