EN

Tiktoker Vahab Alxasov növbəti dəfə həbs olundu

BAKI, 28 fevral. TELEQRAF

TikTok-da “Şəkili Pərviz” təxəllüsü ilə tanınan, 1990-cı il təvəllüdlü Alxasov Vahab Vüqar oğlu cəmiyyətə hörmətsiz və mənəvi dəyərlərə zidd materiallar paylaşdığına görə növbəti dəfə məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, onun paylaşımları polis tərəfindən araşdırılıb, barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin tələblərini növbəti dəfə pozan Vahab Alxasov 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, o, daha öncə 25 sutka inzibati qaydada həbs olunmuşdu.

Chosen
25
teleqraf.com

1Sources